Andrea Pirlo "Yuventus"-a qayıdır

Andrea Pirlo "Yuventus"-a qayıdır
19 Fevral 2017
Mətni dəyiş
"Nyu-York Siti"nin 37 yaşlı yarımmüdafiəçisi Andrea Pirlo “Yuventus”a qayıdacaq. Abzas.net xəbər verir ki, Pirlo sabiq klubunda səfir kimi fəaliyyət göstərəcək. Pirlonun "Nyu-York Siti" ilə müqaviləsi bu ilin dekabrında başa çatır. Ehtimal olunur ki, o, bundan dərhal sonra səfir kimi fəaliyyətə başlayacaq. Yarımmüdafiəçi "Yuventus"da 2011-2015-ci illərdə çıxış edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun