AMB 550 mln. manatlıq not buraxır

AMB 550 mln. manatlıq not buraxır
21 Fevral 2017
Mətni dəyiş
Mərkəzi Bank izafi Manat kütləsinin dövriyyədən çıxardılması (sterilizasiya) tədbirləri çərçivəsində növbəti not emissiyalarına hazırlaşır.
"Marja" xəbər verir ki, 15 fevral 2017-ci il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 2017-ci ildə emissiya ediləcək hər birinin nominal dəyəri 100 manat olan 5 000 000 ədəd qısamüddətli notlarının emissiya prospekti 56S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.
Palata tərəfindən həmçinin 17 fevral 2017-ci il tarixində AMB-nin hər birinin nominal dəyəri 100 manat olan 500 000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50200853S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Sözügedən notların tədavül müddəti 35 gündür.
Emissiyaların hər biri 500 milyon və 50 milyon manat olmaqla cəmi 550 milyon manatdır. Tədavül müddəti də artırılaraq 28 gündən 35 günə qaldırılıb. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun