Ağ Ev: "Trump Rusiyanın Krımı Ukraynaya qaytarmasını gözləyir"

Ağ Ev: "Trump Rusiyanın Krımı Ukraynaya qaytarmasını gözləyir"
15 Fevral 2017
Mətni dəyiş
ABŞ prezidentinin mətbuat katibi Sean Spicer, Donald Trump-ın Rusiyadan Krımı Ukraynaya qaytarmasını gözlədiyini açıqlayıb.
"Sputnik" agentliyi xəbər verir ki, gündəlik mətbuat konfransında danışan Spicer, "Trump rus hökumətindən Ukraynada gərginliyi azaltmasını və Krımı geri qaytarmağını gözlədiyini açıq şəkildə ifadə ettdi", - deyə bildirib.
Rusiyaya sanksiyalar mövzusunda hər hansı dəyişikliyin olmayacağını söyləyən Spicer Trump-ın Moskva ilə yaxşı əlaqələrə sahib olmaq istədiyini də sözlərinə əlavə edib.
Spicer, Trump-ın Kırımla əlaqədar olaraq Rusiyadan gözləntisini açıqlayarkən, ABŞ-ın yeni təyin etdiyi BMT-dəki daimi nümayəndəsi Nikki Haley-in 2 fevralda etdiyi şərhə istinad edib.
Xatırladaq ki, Haley, Krımın Ukraynanın bir hissəsi olduğunu söyləmiş və Rusiyanın Krımı geri qaytaracağı tarixə qədər sanksiyaların davaç edəcəyini açıqlamışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun