ABŞ və Rusiyanın hərbi liderləri Bakıda görüşəcəklər

ABŞ və Rusiyanın hərbi liderləri Bakıda görüşəcəklər
16 Fevral 2017
Mətni dəyiş
ABŞ-ın Birgə Qərargahlar rəisi, hərbi dəniz qüvvələrinin generalı Cozef Danford Rusiyanın birgə qərargah rəisi Valeri Gerasimovla bu gün Azərbaycanda görüş keçirəcək.
Bu haqda açıqlama general Danfordun ofisi tərəfindən verilib.
“Hərbi liderlər hazırda Amerika-Rusiya hərbi münasibətləri və iki ölkə arasında səhvlərə və potensial böhranlara yol verilməməsi məqsədilə daimi və dəqiq kommunikasiyaların əhəmiyyətini müzakirə edəcək”- deyə ABŞ-ın Birgə Qərargahlar rəisinin ofisinin açıqlamasında bildirilir.
[caption id="attachment_24759" align="alignnone" width="800"] Joseph Dunford[/caption]
Rusiya Müdafiə Nazirliyi də Bakıda keçiriləcək görüşü təsdiqləyib. 16 fevralda baş tutacaq görüşlə bağlı Nazirlik qısa açıqlama verib.
[caption id="attachment_24760" align="alignnone" width="606"] Valeri Gerasimov[/caption]
“Razılaşdırılmış görüşdə mövcud vəziyyət və iki ölkə arasında hərbi sahədə əməkdaşlıq, hərbi insidentlərin qarşısının alınması və s. müzakirə olunacaq. Bundan başqa, dünyada təhlükəsizlik sahəsində son vəziyyət də müzakirə olunacaq”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun