ABŞ senatorları Rusiyaya qarşı birləşiblər

ABŞ senatorları Rusiyaya qarşı birləşiblər
10 Fevral 2017
Mətni dəyiş
ABŞ Senatı Xarici Əlaqələr Komitəsindəki iclasda həm Respublikaçılar, həm də Demokrat senatorlar, "ABŞ-ın Rusiyaya qarşı daha qərarlı addımlar atması lazım olduğu" mövzusunda birləşib.
Senat Xarici Əlaqələr Komitəsindəki "ABŞ, Rusiya və Önümüzdəki Maneələr" başlıqlı iclasda sabiq NATO Avropa Müttəfiq Qüvvələr Komandiri General Philip Breedlove və Yeni Amerika Strategiyası Mərkəzindən Julianne Smith çıxışçı olaraq qatılıb.
"Anadolu Agentliyi" xəbər verir ki, iclasa qatılan senatorların "mövcud şərtlər davam etdiyi müddətcə Rusiyaya qarşı sanksiyaların davam etməsi lazım olduğu" fikirini müdafiə etməsi diqqət çəkən məqamlardan olub. Xüsusilə Rusiyanın Krımdan geri çəkilməməsi halında mövcud sanksiyaların qaldırılmasının söz mövzusu olmadığını bildirən senatorlar, ABŞ Konqresinin Rusiya mövzusunda çox həssas olduğunu vurğulayıblar.
Senatorların suallarını cavablayan Breedlove isə "Rusiyanın iqtisadi problemləri olan regional qüvvə" olaraq görülməyəcəyini ifadə edərək, Moskvanın bütün addımlarının diqqətlə izlənilməsinin gərəkli olduğunu bildirib.
Rusiya ilə ABŞ arasında daha yaxşı əlaqələr qurula biləcəyini, ancaq sərhədlərin bəlli olduğunu izah edən Breedlove, "Rusiya ilə danışmağa yaxşı niyyət və hörmətlə, ancaq güclü bir mövqedə başlamalıyıq", deyərək çıxışını yekunlaşdırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun