ABŞ neft hasilatını artırır, neft daha da ucuzlaşacaq

ABŞ neft hasilatını artırır, neft daha da ucuzlaşacaq
8 Fevral 2017
Mətni dəyiş
Neft qiymətləri, ABŞ-da özəl sektorun açıqladığı faktların xam neft ehtiyatlarının artdığını göstərməsi və bunun nəticəsində, ABŞ-da şist nefti istehsalçılarının artan hasilatlarının OPEC-in hasilatın azaldılması planının təsirlərini azaldacağı narahatlıqlarının güclənməsi ilə ucuzlaşır.
"Marja" xəbər veri ki, ABŞ-da özəl sektorun dəstəklədiyi Amerika Neft İnstitutunun məlumatlarına görə, xam neft ehtiyatları keçə həftə 14.2 milyon barel artıb. Çərşənbə günü açıqlanacaq rəsmi məlumatların isə ehtiyatların ardıcıl  beşinci həftədə da artdığını göstərməsi gözlənilir. Enerji İnformasiya İdarəsinin yenilənən proqnozlarına görə, ABŞ-da neft hasilatı gələn il 1970-ci ildən bu yana ən yüksək səviyyəsinə çatacaq.
Neft, 1 Yanvarda qüvvəyə minən və Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və digər 11 istehsalçı ölkə arasında imzalanan istehsalı azaltmağa yönəlmiş müqavilədən bəri  50 dolların üzərində dalğalanır. Orta Şərqli istehsalçılar istehsal azaldılması ilə bağlı öhdəliklərinə riayət edərkən, Rusiya qarşıdakı dövrdə hasilatı azaldacağını bildirib. ABŞ-da neft hasilatı, qazılan quyuların sayının 2015-ci ilin Oktyabr ayından bu yana ən yüksək səviyyəsinə çıxması ilə bərabər artım göstərir.
"OPEC-in hasilatı azaltmasına baxmayaraq, böyük həcmlərə çatmış ehtiyatların daha normal səviyyələrə qayıtmasının zaman alacağı şəklində bir bazar hissi var. Bu vəziyyət neft qiymətlərini  50 dollardan aşağı düşməsinə zəmin yaradır",- analitiklər bildirirlər.
Qərbi Texas Nefti(WTI) Nymex birjasına 95 sent düşərək 51.22 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 61 sent və ya 1.1 faiz düşərək çbareli 54.44 dollara qədər enib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun