ABŞ-ın təyyarə gəmisi İŞİD əməliyyatları üçün Aralıq dənizinə daxil olub

ABŞ-ın təyyarə gəmisi İŞİD əməliyyatları üçün Aralıq dənizinə daxil olub
14 Fevral 2017
Mətni dəyiş
ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM), Corc W.H. Bush təyyarə gəmisinin 13 fevral etibarilə Aralıq dənizində İŞİD-ə qarşı əməliyyatlara qatıldığını açıqlayıb.
Abzas.net xəbər verir ki, CENTCOM-dan edilən yazılı şərhdə, Corc W.H. Bush təyyarə gəmisi hücum komandasının, İŞİD-ə aid bir çox bölgədəki hədəflərə hava hücumu hazırlığına başladığı ifadə edilib.
ABŞ donanmasına aid təyyarə gəmisinin 2 fevralda Aralıq dənizinə daxil olduğu qeyd edilib.
Şərhdə, Corc W.H. Bush təyyarə gəmisində idarə olunan raket kreyser USS Philippinne Sea və USS Hue City ilə bərabər idarə olunan raket Destroyer USS Laboon və USS Truxtun-un da olduğu bildirilib.
Xatırladaq ki, son olaraq Dwight D. Eisenhower təyyarə gəmisi, 28 iyun ilə 7 iyul və 6-12 dekabr 2016 tarixlərində Aralıq dənizinin şərqinə göndərilmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun