ABŞ-da təyyarə yaşayış evlərinin üzərinə düşüb, ölən və yaralananlar var

ABŞ-da təyyarə yaşayış evlərinin üzərinə düşüb, ölən və yaralananlar var
28 Fevral 2017
Mətni dəyiş
ABŞ-ın Kaliforniya ştatında yüngülmotorlu təyyarə yaşayış evlərinin üzərinə düşüb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
Riversayd şəhərindən San-Xoseyə uçan “Cessna 310” təyyarəsi havaya qalxdıqdan az sonra qəzaya uğrayıb. İlkin məlumata əsasən, təyyarənin göyərtəsində 4 nəfər olub.
Üzərilərinə təyyarə düşən iki fərdi yaşayış evində yanğın başlayıb. Sonra alov yaxınlıqdakı tikililərə keçib. Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib. Qəzanın səbəbləri müəyyənləşdirilir. Faktla bağlı ABŞ Federal Mülki Aviasiya İdarəsi araşdırma aparır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun