ABŞ-da neft ehtiyatlarının yeni rekord səviyyəyə çıxacağı gözlənilir

ABŞ-da neft ehtiyatlarının yeni rekord səviyyəyə çıxacağı gözlənilir
28 Fevral 2017
Mətni dəyiş
Neft qiymətləri, ABŞ-da rekord səviyyəyə çıxan neft ehtiyatları ilə OPEC-in qlobal təklif artığını azaltmaq üçün istehsalı azaltması arasında qalıb. "Marja" xəbər verir ki, OPEC-in Baş katibi Mohammad Barkindo verdiyi açıqlamada, OPEC üzvlərinin istehsalın azaldılması üzrə öhdəlik götürdükləri həcmə 90%-dən çox əməl etdiklərini açıqlyıb.
Bir tərəfdən OPEC neft hasilatını azaldarkən, digər tərəfdən ABŞ istehsalçıları hasilatı artırırlar. Bloomberg-in sorğusuna qatılan analitiklərin proqnozlarına görə, Çərşənbə günü açıqlanacaq rəsmi ABŞ neft ehtiyatı göstəricisinin ötən həftə 3 milyon barrel artaraq bütün zamanların ən yüksək səviyyəsinə çıxması gözlənilir.
Neft qiymətləri, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və digər 11 istehsalçı ölkənin hasilatı azaltmaq barədə razılaşdıqları tarixdən bu yana 50 dolların üzərində dar bir "dəhliz"də qalır.
OPEC-in hasilatı azaltması qiymətlərin aşağı düşməsini məhdudlaşdırır. Əks halda ABŞ-da istehsalın artmağa davam etməsi ilə qiymətlər daha çox düşərdi.  ABŞ-da neftbazalar doludur, çünki hava şəraiti çox soyuq deyil və tələb aşağı qalıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun