ABŞ: Ədliyyə Departamenti "qanuni" səyahət qadağasını müdafiə edib

ABŞ: Ədliyyə Departamenti "qanuni" səyahət qadağasını müdafiə edib
7 Fevral 2017
Mətni dəyiş
ABŞ Ədliyyə Departamenti prezident Donald Trump-ın səyahət qadağasını müdafiə edərək apellyasiya məhkəmələrinə çağırış edib ki, milli təhlükəsizlik maraqlarına uyğun olaraq qərar bərpa edilsin.
15 səhifəlik xülasədə qeyd edilib ki, qərar müsəlmanlara qadağa demək deyil, "qanuni prezidentin səlahiyyətinin həyata keçirilməsidir."
Sərəncama görə, əhalisinin çoxu müsəlman olan yeddi ölkədən bütün qaçqın və qonaqlar üçün müvəqqəti olaraq ABŞ-a giriş qadağan edilib.
Çərşənbə günü baş tutacaq dinləmələrdə qadağanın qəbul və ya rədd edilməsi barədə qərar veriləcək.
Qərarın həyata keçirilməsi Sietlda federal hakim tərəfindən fevralın 4-də təxirə salınıb.
Hakim bildirib ki, qərarın ləğv edilməsi barədə iddiaya baxılmayınca qərar qüvvədə sayılmayacaq.
İddianı qaldıran Vaşinqtonun hakimi bildirib ki, qadağa dövlət maraqlarına zidddir və konstitusiyaya uyğun deyil.
Nəticədə, yeddi ölkə, yəni İran, İraq, Liviya, Somali, Sudan, Suriya və Yəməndən olan etibarlı viza sahibləri yenidən ABŞ-a səyahət edə biliblər.
Bazar ertəsi axşam saatlarında təqdim edilən xülasədə bildirilir ki, "Vaşinqton məhkəməsi qərarın yerinə yetirilməsinitəxirə salmaqla bağlı səhv edib".
Trump səyahət qadağası ilə bağlı sərəncamı yanvarın 25-də imzalayıb. O, seçki kampaniyası zamanı ABŞ-a gələnlərə məhdudiyyətlər qoyacağı barədə vəd vermişdi.
Sərəncam qüvvəyə minəndən sonra ABŞ və xarici hava limanlarında qarışıqlıq yaranıb. Sərəncam geniş şəkildə tənqid edilib. Sorğular isə ABŞ-da ictimai rəyin kəskin şəkildə bölündüyünü nümayiş etdirir.
16 ştatın prokuroru qadağanı pisləyən məktub imzalayıb.
ABŞ Prezidenti Donald Trump isə səyahət qadağasını məhdudlaşdıran hakimi tənqid edib və bildirib ki, "əgər nəsə baş verərsə" amerikalılar məhkəmələri günahkar saymalıdırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun