67-ci Berlin film festivalı başlayıb

67-ci Berlin film festivalı başlayıb
10 Fevral 2017
Mətni dəyiş
67-ci Berlin Film Festivalı (Berlinale) fransız rejissor Etienne Comar-ın "Django" filminin nümayişi ilə başlayıb.
Potsdamer Platz meydanındakı Berlinale Palast-da keçirilən festivalın açılışından əvvəl Comar və rollarda iştirak edən aktyor, aktrisalar, rejissor Paul Verhoeven-in başçılıq etdiyi münsiflər heyəti ilə çox sayda qonaq qırmızı xalıda görünüb.
Abzas.net xəbər verir ki, festivalın qonaqları arasında Almaniya Birinci Futbol Liqası (Bundesliga) komandalarından "Bayern Munchen"də forma geyən Jerome Boateng, manken Toni Garni, rejissor Wim Wenders və Federal Məclisinin sədr müavini Claudia Roth da yer alıb.
Toplam 18 filmin mükafatlar üçün yarışacağı festival boyunca 72 ölkədən 399 film göstəriləcək.
Türkiyədən isə Ceylan Özgün Özçelikin "Qayğı" filmi panorama hissəsində göstəriləcək və ən yaxşı film kateqoriyasında yarışacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun