"4 uşaq atasıyam, dövlət məni niyə sındırır?" - [Video]

"4 uşaq atasıyam, dövlət məni niyə sındırır?" - [Video]
27 Fevral 2017
Mətni dəyiş
"Keçən dəfə məni aldadıb apardılar, 30 sutka həbs verdilər. Atamın ürəyi buna dözmədi, vəfat elədi. Heç yasına da buraxmadılar".
Bunu polislərin bölməyə aparmaq istədiyi Bakı sakini Səbuhi Hacıyev deyir. Onun sözlərinə görə, buna səbəb sosial şəbəkədə yazdığı statuslar, qazın olmaması ilə bağlı çəkdiyi video olub.
4 uşaq atası olduğunu deyən Səbuhi Hacıyev, dövlətin ona iş vermək əvəzinə həbs etmək istədiyini bildirib:
"Mən zibillikdən tapdığım çörəklə toyuqları yemləyirəm ki, heç olmasa yumurta versinlər, uşaqlarım ac qalmasın. Özüm fəhləyəm, məni həbs etdiniz, bəs uşaqlarıma kim baxacaq?"
Fəhlə işləyərək ailəsini saxladığını deyən Səbuhi Hacıyev, həbs olunacağı təqdirdə ailəsininn vəziyyətinin daha da ağırlaşacağını bildirib.
Səbuhi Hacıyev keçən ilin sentyabrında bir dəfə əsassız yerə həbs edildiyini də əlavə edib.
"Sentyabrın 6-sı məni guya söyüş söydüyümə görə 30 sutka həbs elədilər. Heç olmasa hakimiyyəti söydüyümü qeyd ediblər. Bu hadisədən sonra atamın ürəyi partladı. Məni nəinki dəfnə, heç 3 və 7 mərasimlərinə də buraxmadılar"- deyə o bildirib.
Polis kapitanı Bakı sakininin evinə gəlib və polisə getməli olduğunu bildirib. Amma S.Hacıyev getməyəcəyini, bir dəfə onu aldadıb polisə apardıqlarını və həbs etdiklərini bildirib. Bundan sonra bir müddət polis mayoru Hacıyevi dilə tutub, xoşluqla polisə getməyə çağırıb.
Cəhdlər alınmayanda isə polis zabiti evdən çıxıb və bir neçə nəfər mülki geyimli şəxs evə basqın edib. Basqın zamanı Səbuhi Hacıyev pəncərədən tullanaraq mülkigeyimli şəxslərdən qaça bilib.
[embed]https://www.youtube.com/watch?v=UUSdil995l4[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun