136 diplomat və qohumları Almaniyadan sığınacaq istəyib

136 diplomat və qohumları Almaniyadan sığınacaq istəyib
24 Fevral 2017
Mətni dəyiş
Almaniya bildirib ki, Türkiyə prezidentinə qarşı iyul ayında uğursuzluqla nəticələnən çevriliş cəhdindən sonra, Türkiyə diplomatik pasportuna sahib 136 şəxs sığınacaq üçün baş vurub.
Almaniya mediası yayır ki, rəqəm, 2016-cı ilin avqust ayıdan 2017-ci ilin yanvar ayınadək olan zamanda hesablanıb.
Türkiyə Almaniyanı, hərbi qulluqçulara sığınacaq verməməyə çağırıb.
Yunanıstanda da iki türk əsgəri sığınacaq istəyib.
Komandan olduqları deyilən əsgərlərin, prezident Recep Tayyip Erdoğan-a qarşı uğursuzluqla nəticələnən çevriliş cəhdində iştirak etdikləri bildirilib.
Onlar yunan polisinin nəzarəti altındadırlar və Türkiyə ilə sərhəd yaxınlığında yerləşən kiçik qəsəbə Orestiada-da keçən həftə sığınacaq üçün müraciət ediblər.
Ötən ay yunan məhkəməsi, çevriliş cəhdindən sonra, qaçan digər səkkiz türk əsgərinin ekstradisiyası ilə bağlı Türkiyənin tələbini rədd edib.
Almaniya Daxili İşlər Nazirliyi, sığınacaq istəyən 136 diplomatın adını açıqlamayıb. Diplomatlardan başqa, onların həyat yoldaşları və övladları da diplomatik pasport sahibidirlər.
Onlara sığınacaq verilib-verilmədiyi məlum deyil.
Türkiyədə çevriliş cəhdi
Çevriliş cəhdindən sonra, ölkədən qaçan əsgərlər, Türkiyədə ədalətli məhkəmə prosesinin baş tutmayacağından qorxurlar.
Türkiyə hakimiyyət orqanları, müəllimlər, polislər və məhkəmə üzvləri də daxil olmaqla, ən az 100,000 dövlət qulluqçusunu işindən uzaqlaşdırıb.
Təxminən 43,000 şübhəli saxlanılıb. Təqiblərə ABŞ-da sürgün həyatı yaşayan din xadım Fetullah Gülenin tərəfdarları məruz qalır.
Cənab Erdoğanın hakim AK Partiyası 130 media orqanını bağlayıb və 150 jurnalist həbs olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun