10 mindən çox şəxsdə talassemiya aşkarlanıb

10 mindən çox şəxsdə talassemiya aşkarlanıb
10 Fevral 2017
Mətni dəyiş
Ölkədə ailə qurmaq istəyənlərdən 238509 nəfər müayinədən keçib.
Abzas.net xəbər verir ki, məlumatı Səhiyyə nazirliyi yayıb.
Məlumatda qeyd edilir ki, müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunub. Ancaq ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlıq durumunun qənaətbəxş olduğu bildirilir: “10501 nəfərdə talassemiya daşıyıcılığı, 935 nəfərdə sifilis, 166 nəfərdə isə AIDS aşkar olunub” - deyə açıqlamada qeyd edilir.
"Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqindən sonra ölkədə nikaha girən şəxslər müayinə edilir.
Bu qaydanın tətbiqinə 2015-ci il iyunun 1-dən başlanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun