Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.
Report-un xəbərinə görə, iclasda komissiyaya daxil olan daha 107 müraciətə baxılıb.
Bununla da baxılan müraciətlərin sayı 357-yə çatıb.
Qeyd edək ki, Komissiyaya 800-dən artıq müraciət daxil olub. Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalaması gözlənilir.