Valyuta hərracında dollar yeni rekord vurdu

Valyuta hərracında dollar yeni rekord vurdu
23 Yanvar 2017
Mətni dəyiş
Bu gün Mərkəzi bankın təşkil etdiyi növbəti valyuta hərracı başa çatıb.
Abzas xəbər verir ki, hərracın sonunda dolların məzənnəsi 1.8559 manat müəyyən olunub. Bu gün isə USD/AZN məzənnəsi 1.8311 səviyyəsində olub. Beləliklə, Dollar 1,35% bahalaşıb.
Qeyd edək ki, bu gün hərraca cəmi 40 milyon dollar çıxarılıb.
Hərracdan dərhal sonra bəzi banklarda da dolların qiymətinin artdığı müşahidə olunub.
Belə ki, "Bank of Baku"da dolların satış qiymətini 1,9100-dan 1,9300 manata, "Nikoil Bank" isə 1.8800-dan 1.9000-a qədər qaldırı kimi qaldırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun