Türkiyə Aİ ilə miqrant razılaşmasını ləğv edə bilər

Türkiyə Aİ ilə miqrant razılaşmasını ləğv edə bilər
28 Yanvar 2017
Mətni dəyiş
Ötən ilki dövlət çevrilişi cəhdindən sonra Yunanıstana qaçan türk hərbçilərinin qaytarılması barədə müraciətinə rədd cavabı alan Ankara Aİ-ni miqrant razılaşmasının ləğvi ilə hədələyib.
Yunanıstan Ali Məhkəməsi iyul ayında baş verən qiyam cəhdindən sonra Yunanıstana gələn səkkiz Türkiyə hərbçisinin ekstradisiyası barədə tələbi qeyri-qanuni tanıyıb.
Xarici işlər naziri Mevlüt Çavuşoğlu məhkəmənin qərarını "siyasi" adlandırıb və tələb edib ki, işə yenidən baxılsın.
Avropa İttifaqının nümayəndəsi razılaşmanın qüvvədə qalacağına əmin olduğunu deyib.
Üç mayor, üç kapitan və iki baş çavuş ötən ilin iyul ayında dövlət çevrilişi cəhdindən sonra helikopterlə Türkiyədən Yunanıstana qaçıblar.
Hərbçilər həmçinin prezident Recep Tayip Erdoğana qarşı sui-qəsd hazırladığı deyilən qrupla əlaqədə ittiham olunurlar.
İttiham olunan hərbçilər ekstradisiya edilsələr Türkiyədə həyatlarının təhlükə altında olacağını deyirlər.
Məhkəməyə sədrlik edən hakim Türkiyədə onların işi üzrə ədalətli araşdırma aparılacağına şübhələndiyini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun