Tramp ABŞ prezidenti kimi Ağ Evə gedib

Tramp ABŞ prezidenti kimi Ağ Evə gedib
21 Yanvar 2017
Mətni dəyiş
Donald Tramp ABŞ prezidenti kimi Ağ Evə gedib.
"Report"un "The Washington Post"a istinadən verdiyi xəbərə görə, o, inauqurasiya naharından sonra ilk dəfə prezident kimi Vaşinqtonun mərkəzində, Amerika rəhbərlərinin əsas rezidensiyasına üz tutub.
Prezidentin korteci inauqurasiyaya uyğunlaşdırılmış ənənəvi parada başçılıq edib. Prezidentin kortecini 10-a yaxın cangüdən mühafizə edib.
Tramp və həyat yoldaşı Melani yol boyu bir neçə dəfə limuzində mərasimə toplaşmış insanları salamlayıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun