SOCAR: Partlayış baş verən magistral qaz kəmərində təmir-bərpa işlərinə başlanılıb

SOCAR: Partlayış baş verən magistral qaz kəmərində təmir-bərpa işlərinə başlanılıb
11 Yanvar 2017
Mətni dəyiş
Ötən gün yanğın baş verən Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində təmir-bərpa işlərinə başlanılıb.
Bu barədə xəbəri SOCAR-ın mətbuat xidmətindən bildiriblər.
"Xəbər verdiyimiz kimi, yanvarın 10-da axşam saat 20.45 radələrində diametri 1000 millimetr olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində yanğın baş vermişdir.Görülmüş tədbirlər nəticəsində yanğın lokallaşdırılaraq söndürülmüş, qazın nəqli alternativ xəttə keçirilmiş, istehlakçıların qaz təchizatında fasilə yaranmamışdır. Kəmərdə təmir-bərpa işlərinə başlanılmışdır" - deyə məlumatda bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun