Şimali Koreyadan Cənubi Koreyaya qaçanların sayı artıb

Şimali Koreyadan Cənubi Koreyaya qaçanların sayı artıb
5 Yanvar 2017
Mətni dəyiş
Ötən il Şimali Koreyadan Cənubi Koreyaya 1400 nəfərdən çox insan qaçıb.
TASS-a istinadən verilən xəbərə görə, bu barədə Koreya Respublikasının Birləşdirmə Nazirliyindən bildirilib. Bu göstərici 2014-cü illə müqayisədə 11 faiz  çoxdur.
Nazirliyin məlumatına görə, hazırda  Koreya Respublikasında 30 mindən çox şimali koreyalı yaşayır. Kim Çen Inın hakimiyyətə gəlişindən sonra ilk dəfə ötən il Şimali Koreyadan qaçanların sayında artım müşahidə edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun