Samsung Galaxy S8-in şəkilləri yayılıb - [Fotolar]

Samsung Galaxy S8-in şəkilləri yayılıb - [Fotolar]
7 Yanvar 2017
Mətni dəyiş
Batareyası partladığı səbəbiylə geri çağırılan və satışı dayandırılmış "Note 7"-dən sonra "Samsung"-un necə bir modellə qarşımıza çıxacağı son zamanların ən maraqlanılan suallarından biri halına gəlib.
"Samsung Galaxy S8"-in fotosunun sızmasıyla bu mövzu bir az da olsa açıqlığa qovuşmuş oldu.
Cənubi Koreya mərkəzli "Samsung"-un maraqla gözlənilən yeni admiral gəmisi ilə əlaqədar məlumatlar indidən gəlməyə başladı.
Bəs fevral ayında MWC-de (Mobile World Congress) tanıdılması gözlənilən Galaxy S8-in xüsusiyyətləri nədir?
Tez-tez dilə gətirilən iddiaları sizlərə təqdim edirik...
Batareya : 4000 mAh
Ön kamera : 8 MP
Arxa kamera : 16 MP
Yaddaş : 64 ve 128 GB
6 GB RAM
Prosessor : Exynos seriyası
Ekran ölçüsü : 5.2 inch
Ekran görüntüsü : 4096 x 2160 (4K)
Qiymət : 850 ABŞ dolları

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun