Sabah hava yağmursuz olacaq

Sabah hava yağmursuz olacaq
23 Yanvar 2017
Mətni dəyiş
Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim cənub-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək.
Havanın temperaturunun yarımadada gecə 1° şaxtadan 3°-dək isti, gündüz 6-10° isti, Bakıda gecə 0-2° isti, gündüz 7-9° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80%, gündüz 60-70% təşkil edəcək.
Yanvarın 24-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun