Səhiyyə Nazirliyi qripdən ölənlərin olması barədə məlumatlara münasibət bildirib

Səhiyyə Nazirliyi qripdən ölənlərin olması barədə məlumatlara münasibət bildirib
9 Yanvar 2017
Mətni dəyiş
Səhiyyə Nazirliyi Azərbaycanda H3N2 virusuna yoluxma nəticəsində əhali arasında ölüm faktlarının baş verməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin baş epidemioloqu İbadulla Ağayev bildirib ki, Azərbaycanda qrip diaqnozu ilə ölüm faktı qeydə alınmayıb.
Onun sözlərinə görə, qripdən ölüm faktının təsdiqlənməsi üçün ölmüş şəxsin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələrində müayinə edilməli və onun nəticəsində ölümün səbəbi aydınlaşdırılmalıdır:
“Əgər qripdən ölüm faktı varsa, Səhiyyə Nazirliyi bununla bağlı mütləq açıqlama verərdi. Lakin belə hal olmayıb, bu barədə deyilənlər həqiqəti əks etdirmir və məqsəd əhali arasında xof yaratmaqdır. 2006-cı ildə “quş qripi”ndən ölüm faktı qeydə alındıqda, bu barədə rəsmi məlumat verildi. Bizim hər hansı yoluxucu xəstəliyin ölkə ərazisində movcud olması faktını gizlətmək marağımız yoxdur. Bu barədə məlumatları gizlətməyə ixtiyarımız da yoxdur”.
İ.Ağayev deyib ki, xəstə qripə yoluxduğunu təsdiqləmək üçün mütləq poliklinikaya müraciət etməli, orada ondan yaxma götürülməlidir:
"Yaxma müayinəsi nəticəsində qripin aşkar olunub-olunmamasını isə yalnız Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasında müəyyən etmək mümkündür. Hər bir yoxlamaların cavabı poliklinilalara, xəstəxanalara göndərilir. O cavabı kim gizlədə bilər?”
İ.Ağayev əlavə edib ki, ilin hazırkı mövsümündə kəskin resperator virus infeksiyalarının yayılması normaldır.
Lakin hazırda ölkə ərazisində epidemioloji durumun sabit olduğunu deyən baş epidemioloq qeyd edib ki, ölkədə kəskin resperator virus infeksiyalarına yoxluxma faktı qeydə alınsa da, bu, epidemioloji səviyyədə deyil.
İ.Ağayev hesab edir ki, amma bu virusların yayılmasında əhalinin özünün də rolu olur. Çünki viruslardan qorunmaq üçün tibbi maskalardan istifadə edilməli olsa da, Azərbaycanda əhalinin tibbi maskalardan istifadəyə marağı yoxdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun