Rusiya Çinin raketləri barədə məlumatlara şərh verib

Rusiya Çinin raketləri barədə məlumatlara şərh verib
25 Yanvar 2017
Mətni dəyiş
"KİV-lərdə Çinin Rusiya ilə sərhəddə qitələrarası raketlərini yerləşdirməsi barədə yayılan məlumatlar həqiqətə uyğun olsa belə Kremldə narahatlıq yaratmır. Çindəki hərbi inşaat təhlükə kimi qəbul edilməməlidir" -deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Tass" və "Ria Novosti" agentliyinin Çin KİV- lərinə istinadən yaydığı məlumata görə Çin Rusiya ilə sərhəddə yerləşən Heyluntsizyan vilayətinin şimal-şərqində öz istehsalı olan qitələrarası ballistik DF-41 raketlərini yerləşdirib.
"Global Times"a istinad edən "TASS" agentliyinın verdiyi məlumata görə baş verən hadisələri ingiliscə dərc edən bu nəşr diqqəti Çindəki internet seqmenti üzərindən paylaşılan raketlərin fotolarına yönəldib.
Öz növbəsində Honkonq və Tayvan KİV-lərinə istinad edən "Global Times" məqaləni "Rəy" rubrikasında dərc edib.
"Ria Novosti" də məlumatların mənbə qaynağı olaraq internet üzərindən paylaşılan şəkillərə istinad edən Honkonq qəzetini göstərib.
Şəkillərə diqqət yetirən jurnalistlər fotoların Heyluntsizyan vilayətində çəkildiyini və raketlərin "böyük ehtimalla" ikinci strateji briqadaya məxsus olması qənaətinə gəliblər.
Bu raketlər 14 min km məsafədən 10-12 nüvə başlığı ata bilərlər.
Beləliklə, dünyanın istənilən nöqtəsinə düşə biləcəyi mümkün olan bu raketlər ən müasir ballistik raketlər hesab edilir.
"Global Times"ın yazdığına görə "bəzi KİV-lər" Çinin DF-41 raketinin fotosunu internetdə qəsdən, ABŞ prezidenti Donald Trumpın inaqurasiya mərasimi keçirilən zaman paylaşması versiyasını irəli sürüblər.
"Çinin Silahlı Qüvvələrində hansısa inkişaf planı istiqamətindəki fəaliyyətini ölkəmiz üçün təhlükə kimi qəbul edə biləmərik. Əgər həqiqətən bu məlumatlar doğrudursa. Çin bizim müttəfiqimizdir. Strateji müttəfiqimiz olan bu ölkə siyası və ticari-iqtisadi planda da tərəfdaşımızdır. Biz münasibətlərimizə çox dəyər veririk"- deyə yayılan məlumatları şərh edən Rusiya prezidentinin mətbuat katibi D.Peskov bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun