"Rüfət Səfərova qarşı psixoloji və mənəvi təzyiqlər davam edir"

"Rüfət Səfərova qarşı psixoloji və mənəvi təzyiqlər davam edir"
10 Yanvar 2017
Mətni dəyiş
“Kürdəxanı təcridxanasında Rüfətə qarşı psixoloji və mənəvi təzyiqlər indi də cəza çəkdiyi 9 saylı Cəzaçəkmə Müəssisəsində davam edir”.
Bu sözləri yanvarın 10-u hazırda həbsdə olan keçmiş müstəntiq Rüfət Səfərovun atası Eldar Sabiroğlu deyib.
Onun sözlərinə görə, müəssisənin zabitlərindən biri R.Səfərovun şəxsiyyətini alçaldan hərəkətlərə yol verib.
“Onlar Rüfətə qarşı qanunsuzluğun ictimailəşdiriləcəyini bildikləri üçün əvvəlcədən oğlumu daxili müəssisənin nizam-intizam qaydalarını pozmaqda təqsirli bilərək, ona töhmət elan ediblər”.
"Azadlıq Radiosu"nun xəbərinə görə, E.Sabiroğlu Rüfət Səfərova qarşı psixoloji- mənəvi təzyiqlərin davam etdiyini deyib.
“Rüfətlə bir kameraya epilepsiya xəstəsi olan bir adamı salıblar, gecələr yatmır. Qışqırır, hay-küy salır, onun yatmasına imkan vermir”, o, qeyd edib.
Eldar Sabiroğlu artıq ailəvi olaraq bu ölkədə yaşayıb-yaşamamaq sualı ilə üzbəüz qaldıqlarını da vurğulayıb.
E.Sabiroğlunun açıqlamasına Penitensiar Xidmətdən cavab almaq mümkün olmayıb. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin telefonları cavab verməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun