Rüfət Səfərov və Tofiq Həsənli ayrı-ayrı həbsxanalara köçürülüb

Rüfət Səfərov və Tofiq Həsənli ayrı-ayrı həbsxanalara köçürülüb
7 Yanvar 2017
Mətni dəyiş
Bu gün keçmiş müstəntiq Rüfət Səfərov və satirik şair Tofiq Həsənli ayrı-ayrı həbsxanalara köçürülüb.
Vəkil Bəhruz Bayramovun açıqlamasına görə, müdafiə etdiyi Rüfət Səfərov Bakı İstintaq Təcridxanasından 9 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.
Qeyd edək ki, son günlər Rüfət Səfərovun saxlandığı kameraya 25 illik məhkumun salındığı bildirilirdi. Buna görə onun həyatı ilə bağlı müəyyən narahatçılıqlar yaranmışdı.
[caption id="attachment_8706" align="alignnone" width="987"] Rüfət Səfərov (solda)[/caption]
"Azadlıq Radiosu"-nun xəbərinə görə, keçmiş müstəntiqin vəkili, atası və Müdafiə Komitəsi onun yerinin dəyişdirilməsi ilə bağlı Penitensiar Xidmətin rəhbərliyinə müraciət etmişdilər.
Vəkil Elçin Sadıqov da sosial şəbəkədə müdafiə etdiyi satirik şair Tofiq Həsənlinin yanvarın 6-da 6 saylı həbsxanaya göndərildiyini yazır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun