Qırmızı Xaç Komitəsinin nümayəndələri Faiq Əmirli ilə görüşüb

Qırmızı Xaç Komitəsinin nümayəndələri Faiq Əmirli ilə görüşüb
26 Yanvar 2017
Mətni dəyiş
“Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlinin səhhətində problemlər qalmaqdadır.
Bu barədə yanvarın 25-də onunla görüşən xanımı Lalə Əmirli xəbər verib.
Xanımının sözlərinə görə, təcridxananın həkimləri F.Əmirlidən qan analizləri götürüblər.
“Lakin mədə ağrısına görə hansısa tədbir görməyiblər. Qan analizinin nəticələrini gözləmək lazım gəlir”, xanımı bildirib.
"Azadlıq Radiosu" xəbər verir ki, L.Əmirlinin sözlərinə görə, F.Əmirli ilə Qırmızı Xaç Komitəsinin nümayəndələri də görüşüblər.
Bir neçə gün əvvəl vəkili Faiq Əmirlinin səhhətində ciddi problemlərin yarandığını açıqlamışdı.
Vəkil bildirmişdi ki, mədə xorasından əziyyət çəkən F.Əmirli qida qəbul edə bilmir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun