Qazaxıstanda Suriya münaqişəsinin həlli üçün sülh danışıqları başlayır

Qazaxıstanda Suriya münaqişəsinin həlli üçün sülh danışıqları başlayır
23 Yanvar 2017
Mətni dəyiş
Suriya münaqişəsinin həllinə yönəlmiş yeni sülh danışıqları Qazaxıstanın paytaxtı Astanada başlamalıdır.
Danışıqlar Suriya hökumətini dəstəkləyən Rusiya və İran və üsyançıları dəstəkləyən Türkiyənin vasitəçiliyi ilə ilə həyta keçirilir.
Bu, ötən ilin əvvəlində Cenevrədə dayandırılan BMT-nin dəstəyi ilə danışıqların təxirə salınmasından sonra ilkdir.
Görüşdə iri üsyançı qrupların təmsilçiləri iştirak etsə də, özünü İslam Dövləti (İD) adlandıran qrup kənarlaşdırılıb.
6 il əvvəl münaqişənin başlamasından sonra 300 mindən artıq insan həlak olub və 11 milyon sakin isə məcburi köçkün vəziyyətinə düşüb.
Görüşdə BMT-nin Suriya üzrə nümayəndəsi Staffan de Mistura və ABŞ-ın Qazaxıstandakı səfiri də iştirak edir.
Rusiyanın əsas sözçüsü Alexander Lavrentyev bazar günü bildirib ki, müharibə tərəflərinin nümayəndələrinin təkbətək və ya vasitəçilərin köməyi ilə görüşəcəyini bəlli deyil.
Təşkilatçılar danışıqlarda irəliləyiş gözləntilərini aşağı həddə saxlayarıb.
Qazaxıstanın xarici işlər nazirliyi danışıqların çərşənbə axşamı başa çatacağını qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun