Qazaxıstan səfirliyinin baş mühasibi səfirliyin pullarını mənimsəyib

Qazaxıstan səfirliyinin baş mühasibi səfirliyin pullarını mənimsəyib
5 Yanvar 2017
Mətni dəyiş
Qazaxıstanın Belarusdakı səfirliyinin baş mühasibi 680 min dollardan çox pulu mənimsədiyinə görə saxlanılıb.
Bu barədə Qazaxıstanın korrupsiyaya qarşı mübarizə üzrə milli bürosunun saytında yer alan məlumatda deyilir.
Bildirilir ki, 2012-2015-ci illər ərzində Seydualıyev adlı şəxs səfirliyinin binasının tikintisini həyata keçirən şirkət üçün saxta sənədlər tərtib edərək büdcədən 207 min dollar, həmçinin Belarusun vergi orqanlarından ƏDV-nin qaytarılmasından əldə olunan 474 min dollar vəsaiti oğurlayıb.
Hazırda şübhəli şəxs Astanada müvəqqəti təcridxanada saxlanılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun