Ötən il ən çox sərnişin qəbul edən Dubayın Beynəlxalq Hava Limanı olub

Ötən il ən çox sərnişin qəbul edən Dubayın Beynəlxalq Hava Limanı olub
25 Yanvar 2017
Mətni dəyiş
Dubayın Beynəlxalq Hava Limanı 2016-cı ildə dünyanın ən çox aviasərnişin qəbul edən hava limanı olub.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, hava limanının illik trafiki 7,2% artaraq 83,6 miliyon sərnişin təşkil edib.
Sərnişin axınının artımına “Emirates” və “Flydubai”da daxil olmaqla, yerli daşıyıcıların 11 yeni istiqamət üzrə uçuşlara start verməsi səbəb olub. Təkcə 2016-ci ilin dekabr ayında hava limanında əvvəlki illə müqayisədə sərnişin dövriyyəsi 9,3% artaraq, 7,7 milyon nəfər təşkil edib.
Dubay hava limanı 2017-ci ildə sərnişin sayının 89 milyon (sərnişin axını 6,5% artacaq) olacağını proqnozlaşdırır. Hava limanı 2023-ci ilə bu rəqəmi ildə 118 milyona qədər artırmaq niyyətindədir.
Qeyd edək ki, hələ 2014-cü ildə Dubay Beynəlxalq Hava Limanı beynəlxalq reyslərinin sayına görə Londonun “Hitrou” hava limanını qabaqlayıb. 2016-ci ildə “Hitrou”nun sərnişin axını 76 milyon (bu göstərici həm beynəlxalq, həm də daxili reysləri əks etdirir) təşkil edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun