Obama memuarlarına görə 20 milyon dollar qazana bilər

Obama memuarlarına görə 20 milyon dollar qazana bilər
27 Yanvar 2017
Mətni dəyiş
ABŞ-ın keçmiş prezidenti Barak Obama memuarlarına görə 20 milyon dollar, yaxud daha çox ala bilər.
Modern.az xəbər verir ki, bu dəyərləndirməni “The Hollywood Reporter” jurnalına yaradıcı şəxslərin kino sənayesi, televiziya, musiqi, ədəbiyyat və əyləncə işləri üzrə “International Creative Management Partners” agentliyinin profil bölmələri nəşriyyat qrupunun rəhbəri Ester Nyuberq verib.
“Obamanın xatirələrinin digər prezidentlərinkindən daha yüksək qiymətləndiriləcəyinə heç bir şübhə yoxdur”, - o, söyləyib.
Məlumata görə, bu qiymətləndirməni ABŞ prezidentlin institutunu öyrənən Prinston universitetinin tarixçisi Culian Zelizer də bölüşüb.
Onun fikrincə, Obamaya maraq sələflərindən daha çoxdur.
Zelizer hesab edir ki, Obamaya kitabına görə Bill Klinton və oğul Corb Buşdan daha çox təklif ediləcək.
Jurnal keçmiş birinci ledi Mişel Obamanın da əlinə qələm alıb nəsə yazacağını istisna etmir. Nyuberq hesab edir ki, o, “əziyyət çəkmədən” kitabına görə “Canlı tarix” tərcümeyi halına görə 8 milyon dollar qazanan Hillari Klintondan çox pul alacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun