Neftin qiymətində azalma var

Neftin qiymətində azalma var
10 Yanvar 2017
Mətni dəyiş
London birjasında neftin mart fyuçerslərinin qiymətlərində azalma müşahidə olunub.
Londonun ICE birjasında Brent markalı neftin mart fyuçersləri 2,33% faiz ucuzlaşaraq, bareli 55,77 dollara, Amerikanın WTI neft markası 2,41% faiz azalaraq bareli 52,68 dollara satılıb. "AzeriLight" markalı neftin 1 barelinin qiyməti isə 1,37 dollar və ya 2,39% azalaraq 55,83 dollar təşkil edib.
Reutersin məlumatına görə, neftin qiymətinin düşməsinin əsas səbəbinin İranın xam neft hasilatını, ABŞ-ın isə qazma qurğularının sayını artırması hesab olunur. Yanvarın əvvəlində OPEC ölkələrinin qərarının qüvvəyə minməsindən sonra neftin qiyməti hər barel üçün 58 dollara yaxın bir qiymətə satılırdı.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun