“Neft Daşları” yatağındakı özüldə əlavə 10 quyu qazılacaq

“Neft Daşları” yatağındakı özüldə əlavə 10 quyu qazılacaq
26 Yanvar 2017
Mətni dəyiş
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İB-nin sifarişi ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında “Neft Daşları” yatağındakı 2585 nömrəli stasionar dəniz özülündə əlavə 10 quyunun qazılması üçün yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.
“Report” SOCAR-a istinadən verdiyi xəbərə görə, layihənin baş podratçısı “Neftqaztikinti” Trestidir. Dənizin 44 metr dərinliyində yerləşən özüldə yeni monifold bloklar yığılacaq, nəql xətləri texnoloji sxemə birləşdiriləcək, qazma avadanlıqlarının yerləşdirilməsi üçün müvafiq konstruksiyalar quraşdırılacaq: “Korroziyaya qarşı mühafizə tədbirləri bütün müasir norma və tələblərə uyğun şəkildə təmin ediləcək. Yeni qazılacaq quyuların hər birindən sutkada 20 ton neft və 4 500 kubmetr qaz hasil olunacağı proqnozlaşdırılır”.
Qeyd edək ki, “Neft Daşları” NQÇİ tərəfindən hazırda 2585 nömrəli özüldə 16 quyu istismar edilir. Yeni obyektin cari ilin sonuna kimi istismara verilməsi nəzərdə tutulur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun