N!DA nümayəndələri AŞPA-da görüşlər keçirir

N!DA nümayəndələri AŞPA-da görüşlər keçirir
26 Yanvar 2017
Mətni dəyiş
Yanvarın 23-dən işinə başlayan Avropa Şurası Parlament Assambleyasının sessiyasında NİDA Vətəndaş Hərəkatının nümayəndələri də iştirak edir.
Abzas-ın məlumatına görə, sessiyanın ilk iki günündə hərəkatın İdarə Heyətinin üzvü Turqut Qəmbər və beynəlxalq əlaqələr koordinatoru Nəcmin Kamil bir neçə görüş keçirib. Təmsilçilər əsasən deputatlar, ölkə nümayəndəlikləri, Azərbaycan üzrə həmməruzəçilər və Avropa Şurasının müxtəlif orqanlarının nümayəndələri ilə görüşüblər.
Azərbaycan nümayəndə heyətinə qarşı korrupsiya ittihamları müzakirələrə səbəb olub
Müzakirə olunan əsas məsələlər siyasi məhbusların vəziyyəti, son dövrlərdə artan işgəncə faktları, AM qərarlarının icrasındakı problemlər olub. Həmçinin, İlkin Rüstəmzadənin səhhətində yaranan problemlər xarici nümayəndələrin diqqətinə çatdırılıb.
Nəcmin Kamilin verdiyi məlumata görə, Azərbaycan nümayəndə heyətinə qarşı korrupsiya ittihamları ümümilikdə AŞPA-da müzakirələrə səbəb olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun