Nardaran işindən həbs olunanlara hökm oxundu - Hacı Taleh 20, Fuad Qəhrəmanlı 10 il

Nardaran işindən həbs olunanlara hökm oxundu - Hacı Taleh 20, Fuad Qəhrəmanlı 10 il
25 Yanvar 2017
Mətni dəyiş
Yanvarın 25-i Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsəlman Birliyi hərəkatının sədri Hacı Taleh Bağırzadə və digərlərinə hökm oxunub.
Abzasın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Taleh Bağırov 20 illik müddətə azadlıqdan məhrum edilib. Bundan  başqa, Abbas Hüseyn 20 il, Fuad Qəhrəmanlı isə 10 il müddətinə azadlıqdan məhrum olunub.
Digər təqsirləndirilən şəxslər Rasim Cəbrayılova 17 il, Zakir Mustafayev, Cahad Babakişizadə, Aqil Quliyev, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Xatırladaq ki, dövlət ittihamçısı Taleh Bağırova ömürlük həbs cəzası istəmişdi. T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatda, ikisi polis, 6 şəxs həlak olub. T.Bağırzadə və onunla saxlananlar qətldə və daha bir neçə çox ağır cinayətdə təqsirləndirilir. Təqsirləndirilənlər bu ittihamları rədd edir, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun