Müxalifət fəalı qanunsuz olaraq həbsdə saxlanılır – vəkil

Müxalifət fəalı qanunsuz olaraq həbsdə saxlanılır – vəkil
21 Yanvar 2017
Mətni dəyiş
"Xalq Cəbhəsi Partiyasının fəalı Fuad Əhmədlinin həbs müddətinin uzadılması haqqında qərar əsassızdır, çünki onun barəsində heç bir istintaq hərəkəti aparılmır."
Bu barədə Turan-a vəkil Əsabəli Mustafayev bildirib.
Yanvarın 19-da o, Kürdəxanı istintaq təcridxanasında müvəkkili ilə görüşüb. Fəalın səhhətində əvvəlki kimi problem var.
Vəkil Əhmədlinin işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərildiyini bildirib.
Əhmədli 2016-cı ilin avqustunda Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən mobil rabitə abunəçilərinin şəxsi məlumatlarını yaymaq və səlahiyyətlərini aşmaq ittihamı ilə saxlanılıb. Sonradan onu Türkiyədə dövlət çevrilişi cəhdində ittiham olunan Fətullah Gülənin “Hizmet” hərəkatı ilə əlaqələrdə də ittiham ediblər.
Ötən həftə Əhmədlinin həbs müddəti martın 12-nə qədər uzadılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun