Müəllimlərin qiymətləndirmə imtahanının vaxtı açıqlanıb

Müəllimlərin qiymətləndirmə imtahanının vaxtı açıqlanıb
7 Yanvar 2017
Mətni dəyiş
Təhsil Nazirliyi diaqnostik qiymətləndirmədə iştirak etməyən müəllimlər haqqında qərar verib. Nazirlikdən verilən məlumata görə, ötən illərdə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər üçün imtahan keçiriləcək.
İmtahan 10-11 yanvar tarixlərində baş tutacaq. İmtahanlar Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman zalında təşkil olunacaq.
İmtahanlarda Bakı, Sumqayıt, Şirvan şəhərlərinin, Abşeron, Hacıqabul, Sabirabad, Qubadlı rayonlarının, Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin və xüsusi internat məktəblərinin müəllimləri iştirak edəcək. Eyni zamanda Şuşa rayonunun Bakı şəhərindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlər də bu imtahanlara qatılacaqlar.
Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər dq.edu.az saytına daxil olmaqla “Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər. Eyni zamanda həmin səhifə vasitəsilə məlumatların dürüstlüyünü yoxlamaq mümkündür.
Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət edilə bilər.
Qeyd edək ki, müəllimlərinin maaş artımı bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə əsasən həyata keçirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun