Maşallah Əhmədovun məhkəməsi təxirə salınıb

Maşallah Əhmədovun məhkəməsi təxirə salınıb
6 Yanvar 2017
Mətni dəyiş
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə düşüb.
APA-nın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilməli olan prosesdə təqsirləndirilən M. Əhmədov iştirak etməyib.
Buna görə məhkəmə prosesi yanvarın 13-dək təxirə salınıb.
M. Əhmədovun prosesdə iştirak etməməyi zərərçəkmiş şəxslərin etirazına səbəb olub.
Qeyd edək ki, bu gün M. Əhmədova hökm oxunmalı idi. Prokuror ona 9 illik həbs cəzası istəmişdi.
Xatırladaq ki, Maşallah Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb.
Bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu da qaytarmayıb. M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun