Məhkəmə icraçısı: "Uşağa qarşı heç bir kobudluq edilməyib"

Məhkəmə icraçısı: "Uşağa qarşı heç bir kobudluq edilməyib"
7 Yanvar 2017
Mətni dəyiş
Quba Rayon Məhkəməsində baş vermiş hadisənin iştirakçılarından biri-məhkəmə icraçısı Ümid Məsimov açıqlama verib.
Ümid Məsimov Nuraya qarşı heç bir kobudluq edilmədiyi deyib:
“Biz məcburi icra orqanıyıq. Ali Məhkəmənin qərarı var. Bu barədə Ədliyyə Nazirliyinin açıqlaması olacaq. Biz məhkəmə qərarını icra etmişik. Məcburi icra orqanı olduğumuzdan orada kobudluğun olduğunu demək olmaz”.
Qeyd edək ki, 10 yaşlı Nurayın xalası Mehribandan alınaraq atası Əvəz Bayramova verilməsi mətbuatda və sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Əksəriyyət məhkəmə icraçılarını azyaşlıya qarşı kobud davranmaqda ittiham edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun