Krediti ödəyə bilməyən müəllimə bankın şüşəsini sındırdı

Krediti ödəyə bilməyən müəllimə bankın şüşəsini sındırdı
31 Yanvar 2017
Mətni dəyiş
Bakıda 46 yaşlı qadın bank filialının şüşələrini sındırıb.
Lent.az-ın məlumatına görə, Bakıxanov qəsəbəsində yerləşən banklardan birinin filialından polisə “həyəcan” siqnalı daxil olub. Dərhal hadisə yerinə gələn Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları, bankın giriş qapısının şüşəsinin sındırıldığını aşkar ediblər.
Əməkdaşlar obyektin qarşısında olan 1971-ci il təvəllüdlü Flora Qarayevanı əlində daş parçası ilə saxlayaraq ərazi üzrə 13-cü Polis Bölməsinə təhvil veriblər.
Bank filialına hücum edən 46 yaşlı Flora Xəlilovanın orta məktəb müəllimi olduğu üzə çıxıb.
Bildirilir ki, F.Qarayevanın həmin banka kredit borcu olub.
Polis tərəfindən saxlanılan F.Qarayeva daha sonra sərbəst buraxılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun