"Korrupsiyada, repressiyada öndə, təhsildə, səhiyyədə, sondayıq"

"Korrupsiyada, repressiyada öndə, təhsildə, səhiyyədə, sondayıq"
28 Yanvar 2017
Mətni dəyiş
Ölkədə dayanıqlı inkişaf mərhələsinin başlanması, ölkənin adının beynəlxalq qurumların sənədlərində mənfi planda hallandırılması, manatın məzənnəsinin enməkdə davam etməsi, Hesablama Palatasının Quba rayonuna dair hesabatı bu günkü medianın aparıcı mövzusudur..
“Adımızı “qara siyahı”ya yazdıranlar”
“Azadlıq.info” eyni adlı məqalədə yazır ki, son zamanlar Azərbaycanın adı beynəlxalq səviyyədə mənfi hallarda çəkilir.
Yazıda göstərilir ki, Azərbaycanın adı bütün pis siyahıların ön cərgələrini “bəzəyir”, nüfuzlu nəşrlər ölkədəki korrupsiyadan, tanınmış hüquq müdafiə qurumları isə repressiyalardan xəbər verir.
“The Economist İntelligence Unit” beynəlxalq təşkilatının açıqladığı 2016-cı ilin demokratiya səviyyəsinin indeksinə görə Azərbaycanın 165 ölkə arasında 148-ci yerdə olduğunu vurğulayan müəllif qeyd edir ki, siyahıya görə hətta Zimbabve, Qambiya, Cibuti kimi Afrika ölkələri də Azərbaycandan yaxşı durumdadır.
"Azadlıq Radiosu"-nun məlumatına görə, yazıda deyilir ki, XX əsrin əvvəlində dünyanın 22 demokratik dövlətindən biri olan Azərbaycan, bu gün qeyri-azad ölkələrin, diktaturaların sırasındadır və bunun səbəbini belə izah edir:
“Tərbiyəsiz uşağa görə valideynlərinə şikayət gəldiyi kimi, mövcud hakimiyyətə görə də Azərbaycan rüsvayçı ölkələrin siyahısına düşüb”.
“Маnat klinki ölümdən heç cür çıxa bilmir”
[caption id="attachment_2752" align="alignnone" width="498"] Fitch Ratings Loqo[/caption]
“Novaya Vremya” qəzetində isə “Маnat klinki ölümdən heç cür çıxa bilmir" sərlövhəli məqalə diqqət çəkir.
Məqalədə qeyd olunur ki, burda təkcə manatın məzənnəsi ilə bağlı deyil, habelə dövlət maliyyəsinin durumuna da təhlükə var, belə ki, “Fitch Ratings” beynəlxalq reytinq qurumu hakimiyyətin infrastruktur və digər layihələrin əksəriyyətini dayandırdığını bildirir.
Müəllifin fikincə, hökumətin tələsik dövlət mülkiyyətinin özəlləşdirilməsilə bağlı proqram hazırlaması da xəzinəni doldurmaq ümidilə bağlı olub.
Müəllif deyir ki, hökumət sabiltiyə nail olmaq üçün müəyyən addımlar atsa da bu sabitlik təmin olunmadı, əhalinin gündəlik vəziyyəti kəskin pisləşdi, hökumət əhalinin çiyinlərində ağır yük olan vaxtı keçmiş kreditlər problemini həll edə bilmədi.
Yazıda vurğulanır ki, bu vəziyyətdən ən yaxşı çıxış yolu iqtisadiyyatın neft-qazdan asılılıq səviyyəsini aşağı salmaq üçün onun şaxələndirilməsi idi, amma hələ ki, hökumətin liberallaşdırılma ilə bağlı siyasəti müşahidə edilmir, müəlliif vurğulayır.
“Pullar hara xərclənib?”
“Bizim Yol” qəzetində dərc edilən “Quba RİH 19,7 milyon büdcə vəsaitini “səmərəsiz” xərcləyib” sərlövhəli məqalədə isə dövlət vəsaitlərinin səmərəsiz xərclənməsi mükzairə edilir.
Müəllif məqalədə Hesablama Palatasının hesabatına istinad edir .
Məqalədə deyilir ki, daha bir rayonun icra hakimiyyəti yoxlanıb və həmişəki kimi ciddi “yeyinti” aşkarlanıb ki, bu da dövlət büdcəsindən 2014-2015-ci illərdə Quba Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərdən istifadəyə dair olub.
Yazıda deyilir ki, yoxlama zamanı ilkin struktur və qiymətləndirilməni əks etdirən ilkin texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanmaması bəlli olub. Bununla yanaşı, qüvvədə olan qaydaların tələblərinə əməl edilməyərək Afurca kənd 120 şagird yerlik tam orta məktəbinin tikintisində akt zalı, fizika kimya laboratoriyaları, kitabxana, Qımılqışlaq kənd 220 şagird yerlik ümumi orta məktəbinin tikintisində də idman və akt zalları və s. normalardan az layihələndirilib.
Müəllif deyir ki, bu məktəblərdən istifadə olunsa da onlar rəsmi qaydada dövlətə təhvil verilməyib.
“Dayanıqlı inkişaf mərhələsi başlayıb”
“Azərbaycan” qəzeti “Dayanıqlı iqtisadi inkişaf keyfiyyətcə yeni mərhələyə qədəm qoyub”
sərlövhəli məqaləsində ölkə iqtisadiyyatının sabit şəkildə inkişafının təmin olunmasını müzakirə edir.
Müəllif deyir ki, 2106-cı ildə Azərbaycanda iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun mühüm layihələr həyata keçirilib və əsas iqtisadi hədəfləri seçməklə Azərbaycan milli iqtisadiyyatın inkişaf istiqamətlərini, iqtisadi təhlükəsizliyini təmin edib.
Yazıda deyilir ki, makroiqtisadi sabitliyin təmin edilməsi, inflyasiyanın birrəqəmli səviyyədə saxlanılması, valyuta ehtiyatlarının qorunması, bank sektorunun beynəlxalq stnadartlara uyğun qurulması, enerji resurslarının nəqli və dəmiryolu tikintisilə bağlı beynəlxalq əhəmmiyyətli layihələrin icrası bu sıraya daxildir.
Yazı müəllifi bu və görülməkdə olan digər tədbirlərin nəticəsində dünya iqtisadiyyatındakı mənfi tendensiyalara baxmayaraq Azərbaycanda iqtisadiyyatın sabit inkişaf mərhələsinə qədəm qoyduğunun təmin olunduğunu hesab edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun