İtaliyada qar uçqunu altında qalmış hoteldə ölənlərin sayı 29-a çatıb

İtaliyada qar uçqunu altında qalmış hoteldə ölənlərin sayı 29-a çatıb
26 Yanvar 2017
Mətni dəyiş
İtaliyanın Peskara əyalətində qar uçqunu altında qalmış “Rigopiano” otelində ölənlərin sayı 29 nəfərə çatıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl hadisə nəticəsində 27  nəfərin öldüyü bildirilirdi.
Məlumata görə, xilasedicilər qarın altından daha 2 nəfərin meyitini çıxarıblar. Bununla da xilasetmə əməliyyat başa çatıb.
Insident zamanı hoteldə dördü uşaq olmaqla 28 turist və 12 hotel işçisi olub. Əməliyyat nəticəsində 11 nəfər xilas edilib.
Qar uçqunu yanvarın 18-də bölgədə qeydə alınmış bir neçə zəlzələdən sonra baş verib. Faktla bağlı polis və prokurorluq orqanları araşdırma aparır

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun