İstanbulun gecə klubunda terror təşkil edən şəxsin görüntüsü yayılıb [Foto]

İstanbulun gecə klubunda terror təşkil edən şəxsin görüntüsü yayılıb [Foto]
3 Yanvar 2017
Mətni dəyiş
İstanbulun Reina gecə klubunda silahlı hücumu təşkil edib şəxsin axtarışları davam etdirilir. Bu barədə İstanbul polisi açıqlama yayıb.
Türkiyə polisi hadisəni törədənin tapılması üçün fəaliyyətini davam etdirir. Bu istiqamətdə bu gün İstanbulun Zeytinburnu bölgəsində bir evə əməliyyat keçirilib. Amma həmin şəxs tapılmayıb.
İstanbul polisi Türkiyə xəbər agentliklərinə terroru törədənin görüntülərini göndərib və vətəndaşlara çağırış edərək həmin şəxsi gördükləri yerdə polisə məlumat vermələri istənilib.
Yeni il gecəsi naməlum şəxs İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna hücum edib. 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb. Ölənlər arasında Səudiyyə Ərəbistanı, Mərakeş, Livan, Liviya, İordaniya və İsrail vətəndaşları var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun