İstanbul-Bakı reysləri təxirə salınıb

İstanbul-Bakı reysləri təxirə salınıb
6 Yanvar 2017
Mətni dəyiş
Türkiyənin İstanbul şəhərində qeydə alınan əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq, yanvarın 7-nə planlaşdırılan İstanbul-Bakı və Bakı-İstanbul aviareysləri təxirə salınıb.
"Türk Hava Yolları"nın rəsmi saytına istinadən verilən məlumata görə, təyyarə yerli vaxtla yanvarın 7-si saat 16:05-də İstanbuldan havaya qalxmalı, Azərbaycan paytaxtından İstanbula isə Bakı vaxtı ilə saat 20:55-də uçmalı idi.
Ümumilikdə İstanbul aeroportlarında THY-nin 7-8 yanvar tarixinə ləğv edilən daxili və beynəlxalq reyslərinin sayı 192-yə çatıb.
Qeyd edək ki, Türkiyə Meteoroloji Xidməti ölkənin qərbində hava şəraitinin kəskin pisləşməsi və güclü qar yağması barədə xəbərdarlıq etmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun