İsrailli əsgərə fələstinlinin ölümünə görə hökm oxunacaq

İsrailli əsgərə fələstinlinin ölümünə görə hökm oxunacaq
4 Yanvar 2017
Mətni dəyiş
İsrailin hərbi məhkəməsi israilli əsgəri bıçaqlamış yaralı fələstinlini qətlə yetirməkdə ittiham olunan əsgərin cinayət işi üzrə hökm verəcək.
20 yaşlı çavuş Elor Azaria ötən ilin martında Hebronda artıq zərəsizləşdirilmiş 21 yaşlı Abdul Fatah əl-Sharif-i başından güllələyib.
İş İsraildə fikir ayrılığı yaradıb. Bir çoxları iddia edir ki, o, hərbi davranış kodeksi pozduğuna görə cəzalandırılmalıdır. Bəziləri isə onun hərəkətlərinə haqq qazandırır.
Fələstin və İsrailin insan haqları qrupu bildirib ki, bu iş hücumun dayandırılması üçün həddindən artıq güc istifadə edildiyini göstərib və çavuş Azaria-nın hökm olmadan qətl törətməkdə ittiham edib.
Baş prokurorluq ittiham aktında bildirib ki, çavuş Azaria "əməliyyatların aparılma qaydalarını pozub, çünki terrorçu yaralanaraq yerdə uzanıb və təhlükə daşımayıb".
Sharif və digər fələstinli Ramzi Aziz al-Qasrawi ötən il martın 24-də bir israilli əsgəri bıçaqlayıb, daha sonra qoşun onlara atəş açıb və Sharif yaralanıb, Qasrawi isə öldürülüb.
İttiham aktında baş prokurorluq bildirib ki, çavuş Azaria "əməliyyatların aparılma qaydalarını pozub"
Hadisənin görüntülərinə görə, Sharif sağdır və çavuş Azaria kimi müəyyən edilmiş əsgər ona qarşı silahını qaldırır.
Daha sonra çavuş Azaria İsrailin hərbi polisinə bildirib ki, Sahrif-in əli bıçağa çatma uzaqlığında olub və o qorxub ki, fələstinli adam partlayıcı jilet daşıya bilər.
Lakin ordu müstəntiqlərinin sözlərinə görə, Azaria atəş açmazdan əvvəl yoldaşına deyib ki, yaralı dostunu bıçaqladığına görə, "ölməyə layiq" olub.
Hadisənin başqa videoyazısına əsasən, Azarianınm dediyi bıçaq Sharif-dən azı 1 metr məsafədə olub.
Sorğular göstərir ki, bir çox israillilər çavuşun atəş açmasına haqq qazandırır və ona dəstək olaraq aksiyalar keçirilib.
Çavuş Azaria 20 il müddətinə azadlıqdan məhrum edilə bilər, lakin bəzi şərhçilər hesab edirlər ki, həbs müddəti 4-5 il ola bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun