İngiltərədə "Brexit"-ə rəğmən iqtisadi yüksəliş davam edir

İngiltərədə "Brexit"-ə rəğmən iqtisadi yüksəliş davam edir
27 Yanvar 2017
Mətni dəyiş
İngiltərə iqtisadiyyatı ötən ilin son rübündə gözləntilərin üzərində 0.6 % yüksəliş göstərib.
İngiltərə Milli Statistika Ofisi (ONS) məlumatlarına görə, iqtisadi artım bir il öncənin eyni dövrünə görə isə yenə təxminləri aşaraq 2.2 % olub.
"Euronews"-un xəbərinə görə, İngiltərə Maliyyə naziri Philip Hammond sosial şəbəkədə ​​4-cü rüb məlumatlarının İngiltərə iqtisadiyyatının təməlinin güclü olduğunu göstərdiyini yazıb. Hammond "Brexit"-dən sonra Avropa Birliyi ilə əlaqələrin yenidən bərpa olunmasından qaynaqlana biləcək problemlərlə qarşılaşa biləcəklərini xatırladarkən, rəqabətcil iqtisadiyyat yaratmaq üçün bu müddətdə fürsətlərdən yararlanacaqlarını da vurğulayıb.
Digər tərəfdən İngiltərə Mərkəz Bankının rəhbəri Mark Carney iqtisadi yüksəlişin istehlakçı xərclərdən getdikcə daha çox asılı hala gəlməsindən danışıb.
Belə ki, İngiltərə Milli Statistika Ofisinin rəsmi rəqəmlərlə birlikdə verdiyi açıqlamaya görə, istehlakçı xərclərinin bu dövrdə xüsusilə pərakəndə sektorlarında artış göstərməsi inkişafın yuxarı istiqamətli seyrində təsirli olub. Üçüncü rübdə geriləyən ixracat sektoru isə bu dövrdə ixracat səviyyəsini artırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun