Gəncədə eyni xəstəxanada, eyni gündə daha bir ana ölüb

Gəncədə eyni xəstəxanada, eyni gündə daha bir ana ölüb
5 Yanvar 2017
Mətni dəyiş
Gəncədə ana ölümü, körpənin sağlığı normaldır
Yanvarın 4-də Gəncədə qadının doğuş zamanı vəfat etdiyi bildirilir. Ölüm hadisəsi Gəncədəki Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasının ginekologiya şöbəsində baş verib.
Bu haqda həyatını itirən 24 yaşlı Səkinə Əsgərova-nın dayısı məlumat verib.
Onun bildirdiyinə görə, doğuş normal keçib. Ancaq ardınca gənc ananın böyrəklərində problem yaranıb.
Həkimlərin müdaxiləsi faydasız olub. Gənc ana həyatını itirib.
Mərhum Səkinə Əsgərovanın yeni doğulmuş körpəsi sağ qalıb. Qohumunun bildirdiyinə görə,körpənin sağlıq durumu normaldır.
Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasından isə, hələlik, baş verənlərə münasibət almaq mümkün olmayıb. İş günü olmadığından Səhiyyə Nazirliyinin də məsələyə münasibəti öyrənilməyib.
Həmin gün həmin xəstəxanada daha bir ana ölüb
Yanvarın 4-də Gəncədəki Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasının ginekologiya şöbəsində daha bir ana ölümünün baş verdiyi bildirilirdi.
Mediada yayılan xəbərlərdə qeyd edilirdi ki, 29 yaşlı Gülşən Aslanova abort zamanı narkozdan ayılmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun