Fransa sosialistlərinin prezidentliyə namizədi bəlli oldu

Fransa sosialistlərinin prezidentliyə namizədi bəlli oldu
31 Yanvar 2017
Mətni dəyiş
Fransada sosialistlər prezidentliyə namizədləri olaraq Benua Hamonu seçiblər.
Bazar günü sosialistlərin ikinci praymeri raundunda, Hamon rəqibi, keçmiş baş nazir, Manuel Vallsa qarşı səslərin 59 faizini qazanıb.
Erkən rəy sorğularına əsasən, Hamona dəstək prezidentliyə dörd digər namizəddən daha azdır.
Təhlilçilər Fransua Ollandın prezidentliyindən sonra zəifləyən və bölünən Sosialist partiyasının aprelin 23-də keçiriləcək ilk səsvermədə məğlub olacağını təxmin edir.
Əgər həmin səsvermədə heç bir namizəd səslərin yarısından çoxunu əldə etməsə, iki ən yüksək səs toplayan namizəd mayın 7-də keçiriləcək ikinci səsvermədə yarışacaq.
Hamonun namizədliyi və onun partiyasına qarşı dəstəyin çox olmaması müstəqil mərkəzçi Emmanuel Makronun aparıcı sağcı və ultra-sağçı namizədlərə qarşı şansını artırır.
Rəy sorğularının nəticələri mayın 7-də seçkinin ikinci raundunda mühafizəkar Fransua Fiyon və ultra-sağçı lider Marin Le Penin iştirak edəcəklərinin ehtimalının yüksək olduğu göstərir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun