Fransa Monteneqronun NATO üzvlüyünü təsdiqləyib

Fransa Monteneqronun NATO üzvlüyünü təsdiqləyib
27 Yanvar 2017
Mətni dəyiş
Fransada məclis və senat Monteneqronun NATO-nun 29-cu üzv ölkəsi olmasını nəzərdə tutan protokol mətnini imzalayıb.
"Sabah" qəzetinin məlumatına görə, NATO Xarici İşlər Nazirləri 19 may 2016-cı il tarixində NATO-nun Brüsseldəki mərkəzində imzalanan protokol ilə Monteneqronu ittifaqın 29-cu üzvü olması üçün dəvət etmişdi.
Tam üzvlük üçün 2010-cu ildən bu yana müzakirələr aparan Monteneqro, üzvlüyə dair protokol mətninin NATO-ya üzv bütün ölkələrin parlamentləri tərəfindən imzalanmasının ardından ittifaqa daxil ola biləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun