"Foxconn" və "Apple" ABŞ-da 7 milyard dollarlıq zavod tikəcək

"Foxconn" və "Apple" ABŞ-da 7 milyard dollarlıq zavod tikəcək
25 Yanvar 2017
Mətni dəyiş
Tayvanın "Foxconn Technology Group" şirkəti ABŞ-ın "AppleInc." ilə birgə müəssisə çərçivəsində displey istehsalı üzrə zavodun inşaası imkanlarını nəzərdən keçirir.
"Report"un "Vestifinance.ru"ya istinadən verdiyi xəbərə görə, Tayvan şirkətinin rəhbəri Terri Qu deyib ki, zavodla bağlı plan reallaşarsa, nəticədə 50 min iş yeri yaradıla bilər.
Onun sözlərinə görə, zavodun dəyəri 7 mlrd. dollar təşkil edilə bilər. Zavodda təkcə smartfonlar üçün displeylər deyil, həm də televizorlar üçün ekranlar istehal etmək olar.
"ABŞ TV bazarının həcminin böyüklüyünə görə dünyada ikinci olsa da, bu ölkədə televizor ekranları istehsal edilmir. "Apple" zavodun inşaasına bizimlə birgə sərmayə yatırmaq niyyətindədir. Çünki onlar üçün də displeylər zəruridir" - T.Qu deyib.
T.Qu həmçinin açıqlayıb ki, "Hon Hai Precision Industry Co." kimi də tanınan şirkət ABŞ-da yeni zavodun inşaat imkanlarını uzun müddət nəzərdən keçirib, lakin bu məsələ bu yaxınlarda "SoftBank Group"un baş direktoru Masayösi Son ilə danışıqlar zamanı yenidən gündəmə gəlib.
Ötən ilin dekabr ayında M.Son həmin vaxt prezidentliyi hələ təsdiqlənməmiş Donald Trampla görüşüb və ABŞ-a 50 mlrd. dollar sərmayə qoyacağına söz verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun